Səudiyyə Ərəbistanı və Oman nümayəndə heyətləri Yəməndə husilərlə

Husilərə bağlı SABA xəbər agentliyinin məlumatına görə...

1972483
Səudiyyə Ərəbistanı və Oman nümayəndə heyətləri Yəməndə husilərlə

 

  Səudiyyə Ərəbistanı və Oman nümayəndə heyətləri Yəməndə husi hakimiyyəti ilə sülhün bərqərar olunması məsələsini müzakirə ediblər.

  Husilərə bağlı SABA xəbər agentliyinin məlumatına görə, Husi Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat tərəfindən paytaxt Sənada Oman və Səudiyyə Ərəbistanından olan nümayəndə heyətləri qəbul olunub.

  Görüşdə Husi Məşvərət Heyətinin sədri Məhəmməd Əbdüssəlam və bir sıra rəsmilər də iştirak edib.

  M.Maşat Oman rəsmilərinə vasitəçiliyə, fikir ayrılıqlarının aradan qaldırılmasında müsbət roluna və bütün yəmən xalqının arzuladığı sülhün bərqərar olması üçün göstərdikləri səylərə görə təşəkkürünü bildirib.

  Oman və Səudiyyə Ərəbistanı sözügedən görüşlə bağlı hələlik açıqlama verməyiblər.

  Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

  Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq 2 aprel 2022-ci ildə Yəmən hökuməti və husilərin əməliyyatlarını 2 ay müddətinə dondurmaq barədə razılığa gəldiyini və daha sonra atəşkəsin 2 dəfə uzadıldığını açıqlamışdı. Tərəflər arasında 6 aydır davam edən atəşkəs 2 oktyabr 2022-ci ildə başa çatıb.



Әlaqәli Xәbәrlәr