Əqsa məscidində 130 min müsəlman cümə namazı qıldı

İsrailin məhdudiyyətlərinə baxmayaraq təxminən 130 min fələstinli və xarici ölkələrdən gələn müsəlman Ramazan ayının üçüncü cümə namazını Əqsa məscidində qıldı.

1971670
Əqsa məscidində 130 min müsəlman cümə namazı qıldı
mescid-i aksa cuma namazi.jpg

İsrailin məhdudiyyətlərinə baxmayaraq təxminən 130 min fələstinli və xarici ölkələrdən gələn müsəlman Ramazan ayının üçüncü cümə namazını Əqsa məscidində qıldı.

Müsəlmanların ilk qibləsi olan Əqsa məscidində cümə namazını qılmaq istəyənlər işğal altındakı Şərqi Qüdsün küçələrində sıxlıq yaradıb.
Əqsa məscidində cümə namazı qılmaq istəyən minlərlə müsəlman məscidin həyətində toplaşıb.
Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, Əqsa məscidində qılınan cümə namazına 130 min adam qatılıb.
İsrail polisinin Əqsa məscidinin girişində, ətrafında və köhnə şəhərin küçələrindəki hərəkətliliyi diqqət çəkib.
İsrail işğal altındakı İordan çayının qərb sahilindən yaşı 55-dən aşağı olan fələstinli kişilərin və Qəzza zolağının bütün sakinlərinin Ramazan ayında cümə namazı qılmaq üçün Şərqi Qüdsə daxil olmasını qadağan edib.



Әlaqәli Xәbәrlәr