Nikos Panayotopulos Yunanıstan ilə Türkiye arasındakı münasibətləri qiymətləndirib

Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos Yunanıstan ilə Türkiye arasındakı münasibətləri qiymətləndirib.

1971755
Nikos Panayotopulos Yunanıstan ilə Türkiye arasındakı münasibətləri qiymətləndirib

Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos Yunanıstan ilə Türkiye arasındakı münasibətləri qiymətləndirib.
''Ta Nea'' qəzetinə müsahibə verən N.Panayotopulos ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün Türkiyedə müdafiə naziri Hulusi Akarla görüşdüyünü bildirib.
Görüşdə gərginliyin azaldılmasının vacibliyini, təlimlərin əvvəlcədən müəyyən edilmiş beynəlxalq təlimlər xaricində məhdudlaşdırılmasını, 15 iyun - 15 sentyabr tarixləri arasında Egey dənizi sahillərində  beynəlxalq sularda və hava məkanında təlimlərin keçirilməməsini nəzərdə tutan moratorium müddətinin bir ay uzadılması kimi məsələlərin müzakirə edildiyini qeyd edib.
N.Panayotopoulos iki ölkə arasında iqlim dəyişikliyi, yanğınlar və zəlzələlər kimi təbii fəlakətlərlə mübarizədə əməkdaşlığın inkişaf etdirilə biləcəyinə diqqət çəkib.
Qeyd edək ki, Yunanıstan müdafiə naziri Türkiye müdafiə naziri Hulusi Akarın dəvəti ilə çərşənbə axşamı Hataya səfər edib.



Әlaqәli Xәbәrlәr