İsrail ordusu Livandan gələn PUA-nı vurdu

İsrail ordusu Livandan İsrail hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) vurub.

1971686
İsrail ordusu Livandan gələn PUA-nı vurdu

İsrail ordusu Livandan İsrail hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) vurub.
İsrail ordusundan verilən açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələri İsrailin hava məkanını pozan pilotsuz uçuş aparatını vurub.
Vurulan PUA-nın növü və kimə məxsus olduğu barədə məlumat verilməyib.
İsrail polisinin Əqsa məscidindəki camaata səs bombaları, rezin güllə və dəyənəklərlə hücum etməsi işğal altındakı Şərqi Qüdsdə gərginliyi artırıb.
İsrail ordusu aprelin 6-da Livandan ölkənin şimal bölgələrinə raketlər atıldığını açıqlayıb. Ordu axşam saatlarında Livandan İsrailin şimalına üç raket  mərmisinin atıldığını bildirib.
Ölkənin təcili yardım xidməti isə hücumlar nəticəsində bir israillinin yüngül yaralandığını, bir nəfərin isə sığınacağa qaçarkən yaralandığını qeyd edib.
İsrail ordusu raketlərin HƏMAS-ın Livanda yerləşən qüvvələri tərəfindən atıldığını irəli sürüb və hücumlara görə HƏMAS və Livan hökumətinin məsuliyyət daşıdığını qeyd edib.
İsrail ordusu daha sonra Livanın cənubuna və Qəzza zolağına  hücumlar edib.


Etiketlәr: #Livan , #PUA , #İsrail

Әlaqәli Xәbәrlәr