Fransua Delmas: ''Fransa Əqsa məscidində baş verən hadisələrə görə narahatdır''

Fransa Xarici İşlər Nazirliyinin sözçünün müavini Fransua Delmas ölkəsinin işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidində baş verən hadisələrə görə narahat olduğunu bildirib.

1971684

Fransua Delmas tərəfləri Qüdsdəki müqəddəs məkanlardakı tarixi status-kvoya hörmətlə yanaşmağa və gərginliyi artıracaq hər hansı hərəkətdən çəkinməyə çağırıb.
Fransua Delmas israilliləri və fələstinliləri İordaniyanın Aqaba və Misirin Şarm əl-Şeyx şəhərlərində üzərlərinə götürdükləri öhdəliklərə əməl etməyə çağırıb.
Jurnalistin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Fransa Prezidenti Emmanuel Makronla bağlı verdiyi açıqlama ilə əlaqədar sualını cavablandıran Fransua Delmas Mariya Zaxarovanın sözlərini “əlaqəsiz” adlandıraraq Rusiyanın bir çox sahədə ciddi dezinformasiyalar yaydığını deyib.

Xatırladaq ki, Mariya Zaxarova "Ölkəmizə yardım etmək niyyətində olan, ölkəmizlə qarşılıqlı əlaqədə, əməkdaşlıq edən ölkələrə qarşı təhdidlər açıq-aşkar şantajdır. Suveren ölkələrlə bu şəkildə danışmaq haqqını kimin verdiyini anlamaq mümkün deyil.Heç kimin belə bir hüququ yoxdur. İlk növbədə, öz suveren, müstəqil siyasətini həyata keçirsinlər, milli maraqlarını müdafiə etməyi öyrənsinlər” demişdi.

Әlaqәli Xәbәrlәr