Çin Tayvana “Birgə qılınc” göstərir

Bu barədə ÇXAO-nun şərq qoşunları komandanlığı məlumat yayıb. Komandanlığın rəsmisi polkovnik Şi İ bildirib

1971788
Çin Tayvana “Birgə qılınc” göstərir

 

  Çin Xalq Azadlıq Ordusu (ÇXAO) aprelin 8-də Tayvan adasının şimalında, cənubunda və şərqində dənizdə və havada döyüş hazırlığı təlimləri və patrul fəaliyyətini birləşdirən əməliyyatlara başlayıb. Bu barədə ÇXAO-nun şərq qoşunları komandanlığı məlumat yayıb. Komandanlığın rəsmisi polkovnik Şi İ bildirib ki, hərbi təlim və patrul fəaliyyəti Tayvanın “müstəqilliyi”nə can atan separatçıların və onları dəstəkləyən xarici qüvvələrin təxribatlarına ciddi xəbərdarlıq, Çinin suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün vacib fəaliyyətdir. “Birgə qılınc” adlanan əməliyyat aprelin 10-dək davam edəcək.

  Qeyd edək ki, Çinin ada ətrafındakı təlimləri Tayvanın başçısı Tsay İnvenin Mərkəzi Amerikaya səfəri zamanı Los Anecelesdə dayanaraq ABŞ Nümayındələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündən sonraya təsadüf edir. Rəsmi Pekin həmin görüşə etirazını bildirmişdi.

  Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Çan Kayşinin başçılı altında Koumintan qüvvələri Tayvan adasına köçərək Çin Respublikasının mövcudluğunun davam etdiyini bildirib. Ada Çin Xalq Respublikasının qurulmasından öncəki Çinin bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvandakı qondarma Çin respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir.



Әlaqәli Xәbәrlәr