Gələcəkdə yaşana biləcək epidemiyaların qarşısının alınması mövzusunda danışıqlar aparılıb
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr gələcəkdə yaşana biləcək epidemiyaların qarşısının alınması, prosesə hazırlıq və müdaxilə mövzusunda qlobal sazişə dair müzakirələrin nec davam edəcəyi mövzusunda razılıq əldə ediblər.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr gələcəkdə yaşana biləcək epidemiyaların qarşısının alınması, prosesə hazırlıq və müdaxilə mövzusundakı qlobal sazişə dair müzakirələrin necə davam edəcəyi mövzusunda razılıq əldə ediblər.
ÜST-dən verilən yazılı açıqlamaya görə, Hökumətlərarası Danışıqlar Orqanının (INB) beşinci iclasında pandemiya sazişi ilə bağlı fikirlər səsləndirilib.
Üzv dövlətlər 2024-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasına təqdim olunacaq saziş və danışıqların necə davam edəcəyi barədə razılığa gəliblər.
Məlumatda bildirilib ki, iclasda ölkələrin aprelin 22-dək əlavə yazılı təkliflər göndərə bilməsi və bunun digər təkliflərlə birlikdə sazişi hazırlayan qrupa təqdim ediləcək paketdə toplanması qəbul edilib.
Hökumətlərarası Danışıqlar Orqanı mayın 22-dək bütün təkliflər əsasında mətn hazırlayacaq.
Әlaqәli Xәbәrlәr
BMT Qәzzadakı humanitar vәziyyәtlә bağlı xәbәrdarlıq etdi
Gələn ayın ortalarına qədər Qəzzadakı əhalinin yarısının aclıq və ölümlə üzləşəcəyi təxmin edilir.