BMT:''Somalidə daşqınlar nəticəsində 21 nəfər ölüb''

Ötən həftə Somalidə baş verən daşqınlar zamanı 21 nəfər həyatını itirib, 100 min insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

1970656
BMT:''Somalidə daşqınlar nəticəsində 21 nəfər ölüb''

Ötən həftə Somalidə baş verən daşqınlar zamanı 21 nəfər həyatını itirib, 100 min insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisindən verilən açıqlamaya görə, ölkənin cənubundakı Gedo bölgəsində quraqlıqdan əziyyət çəkən Baardhere bölgəsində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 100 min adam evlərini tərk etmək məcburiyyətində qalıb.
Efiopiya sərhədində yağan yağışın Şabel və Kuba çaylarında suyun səviyyəsinin artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.


Etiketlәr: #daşqınlar , #Somali , #BMT

Әlaqәli Xәbәrlәr