İspaniya Səhiyyə Nazirliyi: “Bu, indiyə qədər açıqlanan ən yüksək rəqəmdir”

İspaniya Səhiyyə Nazirliyi ölkədə cərrahi əməliyyatlar üçün növbələrin artması ilə bağlı son məlumatları paylaşaraq bildirib...

1970095
İspaniya Səhiyyə Nazirliyi: “Bu, indiyə qədər açıqlanan ən yüksək rəqəmdir”

 

  İspaniyada 800 minə yaxın insan əməliyyat üçün növbə gözləyir.

  İspaniya Səhiyyə Nazirliyi ölkədə cərrahi əməliyyatlar üçün növbələrin artması ilə bağlı son məlumatları paylaşaraq bildirib: “Müvafiq olaraq, 2022-ci ilin dekabr ayında 2021-ci ilə nisbətən 86 min 781 artımla əməliyyat olunmaq üçün xəstəxanalarda 793 min 521 nəfər növbə gözləyir. Bu, indiyə qədər açıqlanan ən yüksək rəqəmdir”.

  Xatırladaq ki, bu rəqəm 2021-ci ilin dekabrında 121, 2022-ci ilin iyununda isə 113 gün olub.

  Mövcud vəziyyətdə xəstələrin 22 faizi əməliyyat üçün ən az 6 ay gözləyir.

  Ən çox gözlənilən əməliyyatlar plastik cərrahiyyə (242 gün) və neyrocərrahiyyə (203 gün) sahələridir ki, bu sıxlıq daha çox Kataloniya, Əndəlüs, Madrid və Valensiya bölgələrində müşahidə edilir.

  Bildirilib ki, xəstələrin 56 faizi mütəxəssis həkimə müraciət etmək üçün 60 gündən çox qəbul gözləyir.

  Qeyd edək ki, İspaniyada əməliyyat üçün orta gözləmə müddəti 122 gündür.

  Onu da qeyd edək ki, ölkənin 17 muxtar vilayətinin bir çoxunda tez-tez tətil edən və ya nümayiş keçirən tibb işçiləri kadr çatışmazlığından və sıx iş saatlarından şikayətlənir, həmçinin maaşların artırılması tələbi ilə çıxış edirlər.



Әlaqәli Xәbәrlәr