ABŞ və Fransa prezidentləri arasında telefon danışığı olub

Ağ Evdən yayılan bəyanatda Baydenin Makronla telefonla danışdığı bildirilib.

1969937
ABŞ və Fransa prezidentləri arasında telefon danışığı olub

ABŞ prezidenti Cozef Bayden Çinə səfər edəcək Fransa prezidenti Emmanuel Makronla danışıb.
Ağ Evdən yayılan bəyanatda Baydenin Makronla telefonla danışdığı bildirilib.

Bəyanatda "Liderlər prezident Makronun Çin Xalq Respublikasına gözlənilən səfərini müzakirə ediblər. Həmçinin, Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynaya qətiyyətlə dəstək olduqlarını bir daha bəyan ediblər" deyilib.

Ağ Ev Baydenin İngiltərə kralı III Çarlz ilə də görüşdüyünü bildirib. 
Görüş zamanı Bayden iki ölkə və onların xalqları arasında güclü münasibətləri vurğulayıb və Kral Çarlzı qarşıdan gələn tacqoyma mərasimi münasibətilə təbrik edib.

Həyat yoldaşı Cil Baydenin ABŞ adından mərasimə qatılmağı səbirsizliklə gözlədiyini ifadə edən Bayden kral ilə daha sonra İngiltərədə görüşmək istədiyini bildirib.



Әlaqәli Xәbәrlәr