Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında sədrliyi əlifba sırası ilə 15 üzv dövlət arasında rotasiya edən Mozambikdən təhvil alıb.

1969442
Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında sədrliyi əlifba sırası ilə 15 üzv dövlət arasında rotasiya edən Mozambikdən təhvil alıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia ölkəsinin BMT Təhlükəsizlik Şurasına sədrliyinin gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.

Rusiyanın başqanlıq dövrünü öz xeyrinə istifadə edərək Ukrayna əleyhinə təbliğat aparacağına dair iddialara toxunan Vasili Nebenzia ölkəsinin sədrliyi əvvəlki dövrlərdə olduğu kimi “peşəkar” şəkildə həyata keçirəcəyini vurğulayıb.

Vasili Nabenzia deyib: “Rusiya başqanlıq imtiyazlarından sui-istifadə etməz. Milli duruşumuz fərqlidir, BMT Təhlükəsizlik Şuranın sədrliyi ayrı bir məsələdir. Biz buna dəyər veririk. Bunun əksini iddia edənlər qərəzlidir”.

Vasili Nebenzia ölkələrin sədrliyi kimin iüzərinə götürəcəyini müəyyən etmək hüququna malik olmadığına diqqət çəkib.
"BMT Təhlükəsizlik Şurası və dünya nizamı davam etdikcə, prosedur qaydaları dəyişməyəcək. Hansı ölkənin sədrlik edəcəyi açıq şəkildə müəyyən edilib",-deyə Vasili Nabenzia vurğulayıb.
V.Nebenzia Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 24-25 aprel tarixlərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində olacağını və BMT-nin iki iclasına sədrlik edəcəyini bildirib.

Qarşı tərəf tələb edərsə Sergey Lavrovun ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşə biləcəyinə işarə edən V.Nebenzia "tələb ABŞ tərəfindən gəlməlidir" deyib.

 

 

 



Әlaqәli Xәbәrlәr