BRİKS-ә üzv ölkәlәrin liderlәrinin sammiti Kazanda keçirilәcәk

BRİKS-ə üzv dövlətlərin liderlərinin sammiti gələn il Rusiyanın  Tatarıstan Respublikasının paytaxtı Kazanda baş tutacaq.

1969241
BRİKS-ә üzv ölkәlәrin liderlәrinin sammiti Kazanda keçirilәcәk

BRİKS-ə üzv dövlətlərin liderlərinin sammiti gələn il Rusiyanın  Tatarıstan Respublikasının paytaxtı Kazanda baş tutacaq.

Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncamla 2024-cü ildə Rusiyada keçiriləcək BRİKS-ə üzv dövlətlərin liderlərinin sammitinə ev sahibliyi edəcək şəhər müəyyənləşib.

Sərəncama əsasən, Kazan sammitə ev sahibliyi edəcək və Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov sammitə hazırlıq üzrə məsul təşkilat komitəsinin sədri olacaq.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət  olan BRİKS-in məqsədi  üzv ödövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir.



Әlaqәli Xәbәrlәr