“McDonald's” ABŞ-dakı ofislərini bağladı
“Wall Street Journal” xəbər verir ki...
Sürətli xidmət göstərən restoranlar şəbəkəsi “McDonald's”ın bu həftə ABŞ-dakı ofislərini müvəqqəti olaraq bağladığı və fəaliyyətini dayandırmağa hazırlaşdığı bildirilib.
“Wall Street Journal” xəbər verir ki, Çikaqoda yerləşən “McDonald's” restoranlar şəbəkəsi keçən həftə Amerika və bir sıra xarici ölkələrdəki işçilərinə elektron poçt göndərərək onlardan 3, 4, 5 aprel tarixlərində evdən işləməyi tələb edib. Şirkət həmçinin işçilərindən qərargahda satıcılarla və bütün digər üzbəüz görüşləri ləğv etmələrini istəyib.
Sözügedən e-poçtda şirkət miqyasında vəzifələr və kadrlarla bağlı mühüm qərarlar bu həftə açıqlanacaq. Lakin neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilməyib.
“McDonald's”ın baş direktoru Kris Kempçinski (Chris Kempczinski) yanvar ayında verdiyi açıqlamada şirkətdə işçilərinin ixtisar edilməsinin planlaşdırıldığını söyləmişdi.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb