Stoltenberq TBMM-nin Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıb

Yens Stoltenberq Türkiye Böyük Millət Məclisində keçirilən səsvermədən sonra sosial media hesabında paylaşım edib.

1967694
Stoltenberq TBMM-nin Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıb

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiye Böyük Millət Məclisinin Baş Assambleyasında Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiq edilməsi haqqında qanun layihəsinin qəbulunu alqışlayıb.
Yens Stoltenberq Türkiye Böyük Millət Məclisində keçirilən səsvermədən sonra sosial media hesabında paylaşım edib.

Finlandiyanın NATO-ya üzvlüyünün TBMM-də təsdiqləməsinin tamamlanmasından məmnunluğunu ifadə edən Stoltenberq "Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək" ifadəsini işlədib.

Qeyd edək ki, Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiye Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.



Әlaqәli Xәbәrlәr