Volodimir Zelenski Si Cinpini Ukraynaya səfərə dəvət edib

Ukrayna prezidenti Vlolodimir Zelenski Çin dövlət başçısı Si Cinpini Ukraynaya səfərə dəvət edərək  “Biz Sini burada görməyə hazırıq” deyib.

1967156
Volodimir Zelenski Si Cinpini Ukraynaya səfərə dəvət edib

Ukrayna prezidenti Vlolodimir Zelenski Çin dövlət başçısı Si Cinpini Ukraynaya səfərə dəvət edərək  “Biz Sini burada görməyə hazırıq” deyib.
Volodimir Zelenski Amerika Associated Press (AP) xəbər agentliyinə müsahibə verib.

Çin dövlət başçısı  Si Cinpini Ukraynaya dəvət edən Volodimir Zelenski 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl onunla danışıqlar apardıqlarını bildirib.

Volodimir Zelenski Çin Xarici İşlər Nazirliyinin Ukraynadakı müharibənin siyasi həlli ilə bağlı dərc etdiyi 12 bəndlik sənədə istinad edərək deyib: "Si Cinpini burada görməyə hazırıq. Onunla danışmaq istəyirəm. Mən onunla müharibədən əvvəl danışmışam, amma müharibə zamanı əlaqə saxlamamışıq".
Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak hazırda Ukrayna və Çin liderləri arasında görüşün keçirilməsi üçün səylərin davam etdiyini, lakin hələlik yekun nəticənin əldə olunmadığını qeyd edib.
Si Cinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-də Rusiyaya səfər edib və Vladimir Putini Çinə dəvət edib.



Әlaqәli Xәbәrlәr