Şengen vizaları pasportlarda çap edilmək yerinə rəqəmsallaşdırılacaq

Avropa İttifaqı (Aİ) Şengen vizalarını pasportlarda çap etmək əvəzinə rəqəmsallaşdırmaq istiqamətində daha bir addım atıb...

1967095
Şengen vizaları pasportlarda çap edilmək yerinə rəqəmsallaşdırılacaq

 

  Avropa İttifaqı (Aİ) Şengen vizalarını pasportlarda çap etmək əvəzinə rəqəmsallaşdırmaq istiqamətində daha bir addım atıb.

  Avropa Şurasına daxil olan üzv dövlətlərin səfirləri Şengen vizalarının rəqəmsallaşdırılması üçün zəruri olan danışıqlar mandatı barədə razılığa gəliblər. Beləliklə, şura rəqəmsal Şengen vizasına keçidlə bağlı Avropa Parlamenti ilə yekun hüquqi mətn üzrə danışıqlara başlaya biləcək.

  Aİ Komissiyasının 2022-ci ilin aprelində vizaların rəqəmsallaşdırılması təklifi hazırda pasportlara yapışdırılmış Şengen vizalarının rəqəmsal verilməsini nəzərdə tutur.

  Təklif qanuni qüvvəyə minərsə, Şengen vizası üçün müraciətlər də rəqəmsal onlayn şəkildə həyata keçiriləcək. Bunun üçün “Viza müraciət platforması” yaradılacaq. Bütün sənədlər bu veb-saytda rəqəmsal olaraq yüklənəcək və viza rüsumları bu saytda ödəniləcək. Təkcə ilk dəfə müraciət edənlər, biometrik məlumatlarını yeniləyənlər və yeni pasport sahibləri konsulluq və ya viza mərkəzlərinə gedəcəklər.

  Vizalar ərizəçiyə rəqəmsal formatda, 2D ştrix-kod şəklində və şifrələnmiş formada imzalanaraq çatdırılacaq.



Әlaqәli Xәbәrlәr