Fransada hökumət əleyhinə aksiyalar davam edir

Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etirazçılar arasında toqquşma baş verib.

1966528
Fransada hökumət əleyhinə aksiyalar davam edir

Hökumətin birbaşa qəbul etdiyi mübahisəli pensiya islahatına qarşı ölkədə 200 nöqtədə nümayişlər keçirilib. Ölkə daxilində enerji, nəqliyyat və təhsil kimi müxtəlif sektorların işçiləri həmkarlar ittifaqlarının çağırışı ilə kütləvi tətilə çıxıblar. Paris, Renn və Tuluza şəhərlərində polislə nümayişçilər arasında qarşıdurma baş verib. Paytaxt Parisdə Respublika meydanından Millət meydanına gedən nümayişçilər yol üzərində velosipedləri, skuterləri və zibil qutularını yandırıblar. Polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib. Fransanın daxili işlər naziri Gerald Darmanin ölkə daxilində pensiya islahatına qarşı keçirilən 10-cu kütləvi nümayişlərlə bağlı açıqlama verib. Nümayişlər zamanı asayişi bərpa etmək üçün vəzifələndirilən 13 min polis və jandarmaya təşəkkür eedәn  nazir etirazlarda yaralanan 175 təhlükəsizlik qüvvələri ilə həmrəy olduğunu, 201 aksiyaçının saxlanıldığını bildirib.

Qeyd edək ki, Həmkarlar ittifaqları pensiya islahatlarına qarşı aprelin 6-da 11-ci ümummilli kütləvi tətil və nümayiş üçün  çağırış  ediblər. 

Fransa Demokratik Əmək Federasiyasının baş katibi Loran Berger bildirib ki, Fransanın baş naziri Elizabet Borne həmkarlar ittifaqlarını gələn həftə görüşməyə çağırıb.

 



Әlaqәli Xәbәrlәr