ABŞ Nümayəndələr Palatası Çinlə bağlı qətnamə qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası beynəlxalq təşkilatlar tərəfindən Çinin “inkişaf etməkdə olan ölkə” kateqoriyasından çıxarılmasını nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib.

1966459

Məlumata əsasən, millət vəkilləri  Çinin "inkişaf etməkdə olan ölkə" kimi təsnifləşdirilməsinə son qoymağı hədəfləyən qətnaməyə səs veriblər.
Hər iki partiyanın dəstəyini alan qətnamə yekdilliklə qəbul edilib.
“Çin inkişaf etməkdə olan ölkə deyil” başlıqlı qətnamə ABŞ dövlət katibinə Çinin “inkişaf etməkdə olan ölkə” kimi təsnif edilməsinin qarşısını almaq üçün addımlar atması ilə əlaqədar çağırış edir.
Qətnamə Çinin “inkişaf etməkdə olan ölkə” statusu sayəsində əldə etdiyi yardımların qarşısının alınmasını və “inkişaf etməkdə olan” ölkədən “yuxarı orta gəlirli” və ya “inkişaf etmiş ölkə” kateqoriyasına çıxarılmasını nəzərdə tutur.
“İnkişaf etməkdə olan ölkələr” beynəlxalq qurumlar tərəfindən bəzi təşviqlərə və fərqli rəftarlara məruz qala bilər.
ABŞ-lı deputatlar  Çinin dünya iqtisadiyyatındakı yerinə işarə edərək, bu hüquqlardan istifadə etməsinə qarşı çıxırlar.

Әlaqәli Xәbәrlәr