Con Kirbi gündəmdəki aktual mövzuları qiymətləndirib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahı qərarı ilə bağlı deyib: “Biz hadisələri yaxından izləməyə davam edirik''.

1965835
Con Kirbi gündəmdəki aktual mövzuları qiymətləndirib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahı qərarı ilə bağlı deyib: “Biz hadisələri yaxından izləməyə davam edirik''.
Con Kirbi onlayn qaydada keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Con Kirbi  İsraildə siyasi böhrana səbəb olan "məhkəmə islahatı" planı səbəbindən yaşanan hadisələrə görə narahat olduqlarını ifadə edərək hadisələri yaxından izlədiklərini bildirib.
Con Kirbi  ABŞ prezidenti Co Baydenin də İsrailin baş naziri Binyamin Netanyahuya hadisələrlə bağlı narahatlığını açıq şəkildə ifadə etdiyini və demokratik sistemdə köklü dəyişikliyin razılaşma yolu ilə əldə edilməsinin vacibliyini vurğuladığını bildirilib.
Rusiya və İranın kibermüharibə sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırdığı ilə bağlı yayılan xəbərlə əlaqədar sualı cavablandıran Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bu xəbərlərin narahatedici olduğunu deyib.
Con Kirbi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinə diqqət çəkərək kiber əməkdaşlıq mövzusundakı prosesləri də araşdıracaqlarını bildirib.
ABŞ-ın Suriyadakı obyektlərinə İranın dəstəklədiyi silahlılar tərəfindən edilən hücumla bağlı sualı cavablandıran Con Kirbi son 36 saatda heç bir hücumun olmadığını deyib.
ABŞ-ın Suriyadakı mövcudluğunda heç bir dəyişiklik olmadığını deyən Con Kirbi terror təşkilatı DEAŞ ilə mübarizəni davam etdirəcəklərinin vurğulayıb.


Etiketlәr: #DEAŞ , #Rusiya , #Con Kirbi , #Ağ Ev , #ABŞ

Әlaqәli Xәbәrlәr