Şimali Koreya növbəti dəfə Şərq dənizi istiqamətində raket buraxıb

Şimali Koreya Yapon dənizi (Şərq dənizi) istiqamətində növbəti dəfə iki ballistik raket buraxıb

1965475
Şimali Koreya növbəti dəfə Şərq dənizi istiqamətində raket buraxıb

Cənubi Koreyanın Baş qərargah rəisliyi sınaqlarla əlaqəli məlumat yayıb. Bildirib ki, Raketlər yerli vaxtla 07:47 və 08:00-də Şimali Hvanqae bölgəsidən Yaponiya dənizi istiqamətində buraxılıb.

Yaponiya Müdafiə Nazirliyindən yayılan açıqlamada isə qısa mənzilli ballistik raketlərin havada 370 kilometr məsafə qət etdikdən sonra Yaponiyanın milli eksklüziv zonasından kənara düşdüyü bildirilib.

Sınaqların Cənubi Koreya və ABŞ ordularının aprelin 3-dək davam edəcək hərbi təlimləri çərçivəsində həyata keçirilməsi diqqətləri cəlb edib.



Әlaqәli Xәbәrlәr