Almaniyada tətil qərarı nəqliyyatı dayanma nöqtəsinə gətirib

Almaniyada iki ən böyük nəqliyyat həmkarlar ittifaqının tətil qərarı ilə əlaqədar bu gün nəqliyyatın dayanacağı gözlənilir.

1965455
Almaniyada tətil qərarı nəqliyyatı dayanma nöqtəsinə gətirib

Almaniyada iki ən böyük nəqliyyat həmkarlar ittifaqının tətil qərarı ilə əlaqədar bu gün nəqliyyatın dayanacağı gözlənilir.

Almaniyada bu gecə yarısından etibarən başlayan və 24 saat davam edəcəyi bildirilən tətil hava limanları, limanlar, dəmir yolları, avtobuslar və metrolarda öz təsirini göstərəcək.

Həmkarlar ittifaqları, üzvlərinin ölkə daxilində artan yaşayış xərclərinin öhdəsindən gəlməyə kömək etmək üçün maaşların artırılmasını tələb edirlər.

Digər ictimai xidmət sektorlarında çoxlu kiçik ölçülü tətillər olub, lakin bugünkü tətilin ölkədə son onilliklərin ən böyük tətili olacağı gözlənilir.

Tətildə iştirak edən Verdi və EVG həmkarlar ittifaqları Almaniyada ən böyük ittifaqlar arasındadır.

Verdi ictimai nəqliyyat və hava limanları da daxil olmaqla, ictimai sektorda təxminən 2,5 milyon işçini təmsil edir.

EVG isə Almaniyanın milli dəmir yolu operatoru "Deutsche Bahn" və digər avtobus şirkətlərində təxminən 230.000 işçini təmsil edir.



Әlaqәli Xәbәrlәr