Antonio Quterreş Ümumdünya Meteorologiya Günü münasibətilə bəyanat yayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş iqlim dəyişikliyinin dünyanı yaşanmaz hala gətirdiyini bildirib.

1964471

Antonio Quterreş Ümumdünya Meteorologiya Günü münasibətilə yazılı açıqlama verib.

Qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlaya bilməməyin dünyanı “iqlim fəlakətinə” yaxınlaşdırdığını deyən Antonio Quterreş hər kəsin gələcək nəsillər qarşısında üzərinə düşən öhdəliyi yerinə yetirməsinin vacibliyini vurğulayıb.

Enerji və nəqliyyat sistemlərinin dəyişdirilməsinin vacibliyini vurğulayan Antonio Quterreş  bərpa olunan enerjinin mənimsənilməsinin əhəmiyətini qeyd edib.

Antonio Quterreş bildirib ki,  karbon emissiyalarını azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstək verilməlidir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi həmçinin vurğulayıb ki, 2023-cü il “diqqəti yayındırmaq deyil, transformasiya ili” olmalıdır.İqlim dəyişikliyi dünyamızı yaşanmaz hala gətirir. İndi təbiətə qarşı mənasız müharibəmizə son qoymalıyıq.

Әlaqәli Xәbәrlәr