ABŞ-da anti-semitizm halları 2022-ci ildə ən yüksək həddə çatıb

TRT xəbər verir ki, ABŞ-ın yəhudi təşkilatlarından “İnkar və Diffamasiyaya Qarşı Birlik” (ADL) bu barədə açıqlama yşayıb.

1964696
ABŞ-da anti-semitizm halları 2022-ci ildə ən yüksək həddə çatıb

Bildirib ki, 2022-ci ildə ABŞ-da 3 min 697 anti-semitizm hadisəsi qeydə alınıb. Bu  da 1979-cu ildən bəri qeydə alınan “ən yüksək nisbət” hesab edilir. 2021-ci ilə müqayisədə   isə  36% artdığı  göstərir.

Açıqlamada həmçinin qeyd edilib ki, anti-semitizm hadisələrinin ən çox olduğu ştat 580 hadisə ilə Nyu-York ilk sırada iştirak edir. Bu ştatı 518 hadisə ilə Kaliforniya, 408 hadisə ilə Nyu-Cersi, 269 hadisə ilə Florida və 211 hadisə ilə Texas izləyib.



Әlaqәli Xәbәrlәr