Şimali Koreya dənizə doğru çox sayda qanadlı raket buraxıb

Cənubi Koreya Şimali Koreyanın dənizə doğru çox sayda qanadlı raket buraxdığını bildirib.

1963607
Şimali Koreya dənizə doğru çox sayda qanadlı raket buraxıb

Cənubi Koreya Şimali Koreyanın dənizə doğru çox sayda qanadlı raket buraxdığını bildirib.
Cənubi Koreya ordusundan verilən açıqlamada, Şimali Koreyanın şimal-şərqindəki Hamhung sahil qəsəbəsindən  çox sayda qanadlı raket buraxdığını təsbit etdiyi qeyd olunub.
Raketlərin Şimali Koreyanın şərqinə doğru buraxıldığı, Cənubi Koreya və Amerika Birləşmiş Ştatları kəşfiyyat rəsmilərinin məsələni ətraflı şəkildə araşdırdığı bildirilib.
Məlumatda Cənubi Koreya ordusunun hazırlıqları davam etdirəcəyi və ABŞ ilə birgə təlimlərin qalan hissəsini uğurla başa vuracağı qeyd olunub.
Qeyd edək ki, bu, Şimali Koreyanın 10 gün ərzində həyata keçirdiyi dördüncü raket sınağıdır.
Cənubi Koreya və ABŞ-ın martın 14-də başlatdığı “Azadlıq Qalxanı” təlimi davam edərkən  Şimali Koreya raket sınaqlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr