Çində qum fırtınası ilə əlaqədar xəbərdarlıq edilib

Çinin şimalındakı bölgələrində soyuq temperatur və güclü küləyin 10-dan çox rayon və əyalətdə qum fırtınalarına səbəb olacağı ilə bağlı xəbərdarlıq edilib.

1963400

Çinin Milli Meteorologiya Mərkəzindən verilən açıqlamada ilin ən güclü qum fırtınalarının ölkənin şimal və şimal-şərq bölgələrində qeydə alınacağı bildirilib.

Açıqlamada Sincan Uyğur, Ningxia Hui, Daxili Monqolustan Muxtar Bölgələri, Qinghai, Gansu, Şaanşi, Shanxi, Hibey, Liaoning, Cilin və Heylonciang əyalətləri ilə paytaxt Pekin və Tianjin şəhərlərində qum fırtınalarının gözlənildiyi qeyd olunub.
Meteoroloqlar soyuq temperatur və güclü küləyin qum fırtınasına səbəb olduğunu bildirir.
Paytaxt Pekində qum fırtınası səbəbindən hava çirklənməsi kritik həddə çatıb.

Etiketlәr: #qum fırtınası , #Çin

Әlaqәli Xәbәrlәr