Koreya yarımadasında gərginlik artaraq davam edir

Şimali Koreya ABŞ ilə müharibəyə hazırlaşır.

1962626
Koreya yarımadasında gərginlik artaraq davam edir

Şimali Koreya dövlət telekanalı ABŞ ilə döyüşmək üçün aparılan hazırlıqlar çərçivəsində 1 milyon 400 min nəfərin orduya çağırıldığını bildirib və əsgərliyə gedən gənclərin görüntülərini paylaşıb.

Bildirilir ki həftəsonu ABŞ və Cənubi Koreyaya qarşı keçirilən hərbi təlimə Şimali Koreya lideri Kim Çen In da qatılıb.

ABŞ və Cənubi Koreya orduları isə regionda son illərin ən əhatəli təlimini davam etdirir. Cənubi Koreyanın paytaxtı Seuldan 65 kilometr aralıda keçirilən təlimə Şimali Koreya reaksiya verib və işğal məşqi olaraq qiymətləndirib.



Әlaqәli Xәbәrlәr