Əlcəzair hökumətində dəyişiklik aparılıb

Əlcəzair prezidenti Əbdülməcid Tebbun başda xarici işlər naziri olmaqla hökumətdə bəzi dəyişikliklər edib.

1961158
Əlcəzair hökumətində dəyişiklik aparılıb

TRT xəbər verir ki, prezidentin sözçüsü Semir Akun Əlcəzair dövlət televiziya kanalından canlı yayımlanan kabinet dəyişikliyi ilə bağlı açıqlamasında: “Vəzifədən azad edilən xarici işlər naziri Ramtan Lamamranın yerinə Əhməd Attafın, maliyyə naziri İbrahim Kesalinin yerinə Fayiz əl-Əziz, ticarət naziri Kamal Ruzeykin yerinə isə Tayyib Zeytunini təyin edilib.

Qeyd edək ki Xarici işlər naziri təyin edilən Attaf 1996-1999-cu illərdə də xarici işlər naziri vəzifəsini icra edib.

Prezident Tebbun fevralın 21-də hökumətin vətəndaşların yaşayış şəraitinə biganə qaldığını ifadə edərək məmnuniyyətsizliyini bildirib.



Әlaqәli Xәbәrlәr