Liviyada 2,5 ton uran yoxa çıxıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) müfəttişləri Liviya poliqonundan 2,5 ton uranın yoxa çıxmasını aşkar ediblər.

1960414
Liviyada 2,5 ton uran yoxa çıxıb

Təşkilatın baş direktoru Rafael Qrossin bu barədə məlumat yayıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi(MAQATE) rəhbərinin sözlərinə görə, çərşənbə axşamı müfəttişlər Liviyaya görə orada olması lazım olan uran konsentratı şəklində təxminən 2,5 ton təbii uran olan 10 barrilin yoxa çıxdığını müəyyən ediblər.

Açıqlamasında həmçinin qeyd olunub ki, MAQATE uranın qeyd olunan yerdən çıxarılması və mövcud vəziyyətini aydınlaşdırmaq üçün hərəkətə keçib. Dər hal təhqiqat başlanmasının lazım olduğuna diqqət çəkilən açıqlamada nüvə materialının mövcud yeri ilə bağlı məlumatların itirilməsi nüvə təhlükəsizliyinə dair narahatlıqlar ilə yanaşı, radioloji risk də yarada bilər-deyə vurğulanıb.

 

 

 



Әlaqәli Xәbәrlәr