Rusiya səfiri Dövlət Departamentinə çağırılıb

Rusiyanın ABŞ-dəki səfiri Qara dəniz üzərində amerikan dronu ətrafındakı insidentdən sonra ABŞ Dövlət Departamentinə çağırılıb.

1959764
Rusiya səfiri  Dövlət Departamentinə çağırılıb

Rusiyanın ABŞ-dəki səfiri Qara dəniz üzərində amerikan dronu ətrafındakı insidentdən sonra ABŞ Dövlət Departamentinə çağırılıb.
Rusiyaya məxsus iki döyüş təyyarəsi Qara dəniz üzərində Amerika ordusunun pilotsuz uçan aparatının qarşısını almağa çalışıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi hadisəni təhlükəli, qeyri-peşəkar  adlandıraraq deyib:“Qara dənizin üzərindən uçarkən ruslarla əlaqə saxlamağa məcbur deyilik”.
Hadisədən sonra Rusiyanın ABŞ-dəki səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.
Rusiya Müdafiə Nazirliyi Rusiya təyyarələrinin silahdan istifadə etmədiyini və PUA ilə təmas qurmadığını, kəskin manevr nəticəsində amerika PUA-nın hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxdığını və su səthinə çırpıldığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr