Peruda qasırğa xəbərdarlığı

Peru Prezidenti Dina Boluarte tropik "Yaku" qasırğasının səbəb ola biləcəyi iqlim hadisələri ilə əlaqədar paytaxt Limada qırmızı həyəcan elan etdiklərini açıqlayıb.

1959831
Peruda qasırğa xəbərdarlığı

Peru Prezidenti Dina Boluarte tropik "Yaku" qasırğasının səbəb ola biləcəyi iqlim hadisələri ilə əlaqədar paytaxt Limada qırmızı həyəcan elan etdiklərini açıqlayıb.

Narıncı həyəcan səviyyəsindən qırmızı həyəcana keçdiklərini ifadə edən Boluarte "Qasırğalar səbəbiylə güclü yağış gözlənilir, mülki müdafiə sistemi, silahlı qüvvələr və milli polis heyəti həyəcan vəziyyətindədir. Məktəblərdə və universitetlərdə təhsil bir gün müddətinə dayandırıldı" ifadələrdən istifadə edib.

Limadan keçən Chillon, Rimac və Lurin çaylarının daşma təhlükəsi ilə üzləşdiyini qeyd edən Boluarte bölgəyə mütəxəssis axtarış-xilasetmə qrupunun göndəriləcəyini açıqlayıb.

Boluarte vətəndaşlardan səyahətlərini təxirə salmalarını xahiş edərək deyib:

"Hökumət daimi koordinasiyanın üç səviyyəsini təsdiqləyib. Biz vətəndaşlardan sakit qalmağı, eyni zamanda qasırğanın təsirinə qarşı ayıq olmağı xahiş edirik".

Baş nazir Alberto Otarola da qasırğanın dağıdıcı təsirinə qarşı ictimaiyyəti xəbərdar edərək, "Görülən tədbirlər Lima və Callao bölgəsində 24 saat ərzində vətəndaşların xidmətində olacaq"deyib.

Sakit okeanda baş verəcək "Yaku" qasırğasının bu gecədən etibarən ölkənin sahillərində təsirli olacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr