Ulf Kristersson: "İsveç və Finlandiya müxtəlif mərhələlərdə NATO üzvü ola bilərlər"

İsveçin Baş naziri Ulf Kristersson qeyd edib ki, İsveç və Finlandiya müxtəlif mərhələlərdə NATO üzvü ola bilərlər.

1959609
Ulf Kristersson: "İsveç və Finlandiya müxtəlif mərhələlərdə NATO üzvü ola bilərlər"

İsveçin Baş naziri Ulf Kristersson qeyd edib ki, İsveç və Finlandiya müxtəlif mərhələlərdə NATO üzvü ola bilərlər.

“Aftonbladet” qəzeti də daxil olmaqla, yerli KİV-in məlumatına görə, Kristersson keçirdiyi mətbuat konfransında ölkəsinin NATO-ya üzvlük müraciəti barədə danışaraq, "İsveç və Finlandiyanın müxtəlif mərhələlərdə (üzvlüyünün) təsdiqlənməsi mövzusu gündəmdə ola bilər" deyib.

Kristersson qeyd edib ki, o və İsveçin NATO üzrə baş müzakirəçisi Oskar Stenstrom son həftələrdə müxtəlif mərhələlərdə alyansa üzvlük imkanlarının artdığı təəssüratındadırlar.

Vəziyyət yaranarsa İsveçin buna "hazır olduğunu" bildirən Kristersson Finlandiyanın NATO-ya onlardan əvvəl daxil olma ehtimalının artdığına diqqət çəkib.

İsveçin üzvlüklə bağlı yekun qərarın Türkiyeyə aid olduğunu vurğulayan Kristersson Finlandiyanın NATO-ya İsveç olmadan daxil olması kimi bir vəziyyətin öhdəsindən gəlməyə hazır olduğunu da əlavə edib.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında 24 fevral 2022-ci ildə başlayan müharibə səbəbiylə bənzər bir işğala məruz qalmamaq üçün NATO-nun təhlükəsizlik tərkibinə daxil olmaq istəyən Finlandiya və İsveç bu mövzuda birlikdə addım atmağa qərar verib və üzvlük müraciətlərini Brüsseldə birlikdə ediblər. 

Lakin Türkiye bu ölkələrdə terror təşkilatları PKK/YPG/PYD və FETÖ-yə verilən dəstək səbəbindən NATO üzvlüyünə etiraz etdi. Türkiye vətəndaşlarını və Türkiyenin təhlükəsizliyini təhdid edən terror təşkilatlarının fəaliyyətinin qarşısının alınması, axtarışda olan və ya terrorçuluqda təqsirli bilinən şəxslərin ekstradisiyası, müdafiə sənayesi məhsulları ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması kimi məsələlərdə konkret və daimi addımların atılmasını arzuladığını bildirib. 

İsveç və Finlandiya Macarıstan və Türkiyedən üzvlük üçün hələ də razılıq almayıb, bunun üçün NATO-ya üzv 30 ölkənin hamısının təsdiqi tələb olunur.


Etiketlәr: #İsveç , #Finlandiya , #NATO

Әlaqәli Xәbәrlәr