Keçmiş prezident bəyan edilməmiş hədiyyələrlə bağlı məhkəməyə çağırılıb

Braziliyanın eks prezidenti Jair Bolsonaro bəyan edilməmiş hədiyyələrlə bağlı ifadə verəcək.

1959502
Keçmiş prezident bəyan edilməmiş hədiyyələrlə bağlı məhkəməyə çağırılıb

Braziliyanın ədliyyə naziri Flavio Dino: “Keçmiş prezident Bolsonaronun Səudiyyə Ərəbistanı səfərindən qayıdarkən aşkarlanan 3,2 milyon dollar dəyərində qızıl-zinət əşyaları ilə bağlı ifadə verməyə çağırılacaq”.

Dino verdiyi açıqlamada Bolsonaronun ifadə vermək üçün çağırılacağını bildirsə də, bunun reallaşacağı tarix ilə bağlı məlumat paylaşmayıb.

Ədliyyə nazirinin sözlərinə görə keçmiş prezident ifadə vermək üçün çağırılacaq, buna əməl etməzsə beynəlxalq əməkdaşlıq mexanizmlərinin işə düşəcəyi yeni bir yol izlənəcək.

Bəyan edilməmiş daş-qaşlarla bağlı araşdırmaların davam etdiyini qeyd edən nazir Dino: “Dinlənən başqa adamlar və şahidlər də var. İstintaq dinlənilmədən tamamlana bilər, amma ümid edirik ki, gəlib ifadəsini verəcək” – deyib.

Dino istintaq çərçivəsində çoxlu fotoşəkil, video və sübutların da olduğuna diqqət çəkib.

 



Әlaqәli Xәbәrlәr