Co Bayden və Rişi Sunak arasında ikitərəfli görüş keçirilib

ABŞ Prezidenti Co Bayden və İngiltərənin Baş naziri Rişi Sunak Ukraynaya verilən dəstəklə Çin məsələlərini, eləcə də iqtisadi və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.

1959368
Co Bayden və Rişi Sunak arasında ikitərəfli görüş keçirilib
biden-avustralya albanese.jpg

ABŞ Prezidenti Co Bayden və İngiltərənin Baş naziri Rişi Sunak Ukraynaya verilən dəstəklə Çin məsələlərini, eləcə də iqtisadi və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.

C.Bayden Avstraliyanın nüvə sualtı qayığına sahib olmasını və nüvə sualtı qayıqlarında istifadə edilən texnologiyanın paylaşılmasını ehtiva edən AUKUS razılaşması çərçivəsində Kaliforniyanın San Dieqo şəhərində İngiltərə Baş naziri Sunak ilə ikitərəfli görüş keçirib.

Ağ Evdən verilən yazılı açıqlamada Bayden və Sunakın AUKUS tərəfdaşlığı və yaxın müdafiə əməkdaşlığı vasitəsilə regional təhlükəsizliyin yaxşılaşdırılmasına sadiq olduqlarının vurğulandığı qeyd edilib.

Liderlər Çinin çağırışları və Hind-Sakit okean təhlükəsizliyi də daxil olmaqla bir sıra qlobal problemlər ətrafında fikir mübadiləsi aparıb, təhlükəsizlik, Ukraynaya iqtisadi və hərbi yardım, Moskvaya qarşı iqtisadi sanksiyaları müzakirə ediblər.

Görüşdə ABŞ və İngiltərə arasındakı iqtisadi əlaqələrin də müzakirə edildiyi bildirilən açıqlamada Baydenin Sunakı iyun ayında Vaşinqtona dəvət etdiyi bildirilib.

Co Bayden Avstraliyanın Baş naziri Entoni Albanese ilə də ikitərəfli görüş keçirib.

İki lider Hind-Sakit okeanın sabitliyi və təhlükəsizliyi üçün atılan addımları müzakirə ediblər.

Bayden ABŞ və Avstraliya arasında güclü ikitərəfli əlaqələri və təhlükəsizlik ittifaqını bir daha təsdiqləyib.

Liderlər AUKUS tərəfdaşlığı və davamlı müdafiə əməkdaşlığı vasitəsilə regional təhlükəsizliyin təşviqinə dair ortaq öhdəliklərini vurğulayıblar.



Әlaqәli Xәbәrlәr