Qabonda bərənin batması nəticəsində 28 nəfər itkin düşüb

Qabonun paytaxtı Librevil sahillərində bərənin batması nəticəsində  azı 2 nəfər həyatını itirib, 28 nəfər isə itkin düşüb.

1957535
Qabonda bərənin batması nəticəsində 28 nəfər itkin düşüb

Qabonun paytaxtı Librevil sahillərində bərənin batması nəticəsində  azı 2 nəfər həyatını itirib, 28 nəfər isə itkin düşüb.
Yerli media orqanlarının yaydığı məlumatına görə, Royal Cost Marine şirkətinə məxsus bərənin  göyərtəsində 151 nəfər olub.
Bərənin batması nəticəsində biri uşaq olmaqla 2 nəfər həyatını itirib, 28 nəfər isə itkin düşüb. 121 sərnişini və ekipaj üzvlərini xilas etmək mümkün olub.
Bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr