Ukraynalı pilotlardan ikisi ABŞ-da təlim keçir

İki ukraynalı pilotun ABŞ-da F-16 qırıcıları da daxil olmaqla döyüş təyyarələri sahəsində təlim keçdiyi bildirilib.

1955295
Ukraynalı pilotlardan ikisi ABŞ-da təlim keçir

İki ukraynalı pilotun ABŞ-da F-16 qırıcıları da daxil olmaqla döyüş təyyarələri sahəsində təlim keçdiyi bildirilib. 

ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi Anadolu agentliyinə verdiyi yazılı açıqlamada iki ukraynalı pilotun ABŞ-ın Arizona ştatının Tucson bölgəsində döyüş təyyarələri ilə tanışlıq üçün təlim keçdiyini deyib.

Rəsmi bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri və əsgərlərinin necə işlədiyini göstərən təlim sayəsində ukraynalı pilotların inkişafına töhfə və onların bacarıqlarını artırmaq üçün daha yaxşı məsləhətlər verə biliblər.

Rəsmi qeyd edib ki, ukraynalı pilotlar uçmayacaq, lakin təlim çərçivəsində simulyasiyalardan istifadə edəcəklər.

Ukraynalı pilotlarla ilk dəfə belə bir tədbir təşkil etdiklərini qeyd edən rəsmi Döyüş Komandanlığı tərəfindən maliyyələşdirilən təlimin ABŞ-ın Avropa Komandanlığının təlimləri çərçivəsində digər ölkələrlə təşkil edilən təhlükəsizlik əməkdaşlığına bənzədiyini bildirib.

ABŞ-ın yüksək rütbəli rəsmisi qeyd edib ki, təlim Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün və ya ABŞ-ın öz inventarından verdiyi yardımın bir hissəsi kimi həyata keçirilməyib. Tucsonda təlim keçmiş ukraynalı pilotların sayını artırmaq üçün hələlik planların olmadığını qeyd edən səlahiyyətli, "Lakin biz gələcək imkanların qapısını bağlamırıq" deyib.
Digər tərəfdən, hərbçi rəsmi bəyan edib ki, Ukraynaya F-16-ların tədarükü ilə bağlı ABŞ-ın mövqeyində heç bir yenilik yoxdur.



Әlaqәli Xәbәrlәr