Avropa Komissiyası "TikTok"u qadağan etdi

Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarından “TikTok” tətbiqini silməyi tapşırıb.

1953298
Avropa Komissiyası "TikTok"u qadağan etdi

Bu barədə “Politico” internet saytında məlumat yayılıb.

Saytda əks  edən məlumata görə, ittifaqın icra orqanı kimi fəaliyyət göstərən Aİ Komissiyası işçilərinə sosial media tətbiqi “Tik-Tok”dan istifadəni qadağan edib. Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb. Bu addımın atılmasına səbəbin işçilərin təhlükəsizliyinin qorunması ilə bağlı olduğu bildirilib. Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Vurğulayaq ki, Çin texnologiya şirkəti “ByteDance”a məxsus “Tik-Tok” bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur. Hətta ABŞ-da da rəsmi xidmət üçün istifadə edilən cihazlarda “Tik-Tok”dan istifadə qadağan edilib.

 



Әlaqәli Xәbәrlәr