ABŞ və Çin “Covid-19”la bağlı yenə burun-buruna gəldi

ABŞ-ın Çindəki səfiri Nikola Börns (Nicholas Burns) bildirib...

1952753
ABŞ və Çin “Covid-19”la bağlı yenə burun-buruna gəldi

 

  ABŞ-ın Çindəki səfiri Nikola Börns (Nicholas Burns) bildirib ki, Çin yeni növ koronavirusun (Covid-19) mənşəyi ilə bağlı “daha ​​dürüst” olmalıdır.

  ABŞ mətbuatının yazdığına görə, Börnsün bəyanatı bir federal agentliyin epidemiyanın Çinin Vuhan (Wuhan) şəhərindəki virus laboratoriyasından qaynaqlandığı qənaətinə gəlməsindən bir gün sonra gəlib.

  Çin isə bu iddialara “Covid-19” siyasiləşdirilməməlidir” deyə cavab verib.

  Xatırladaq ki, fevralın 27-də ABŞ Ticarət Palatasının tədbirində çıxış edən N.Börns deyib: "Çin üç il əvvəl Vuhanda baş verənlər və “Covid-19” böhranının mənşəyi haqqında daha dürüst olmalıdır".

  26 fevralda ABŞ mətbuatında çıxan xəbərlərdə ABŞ Energetika Nazirliyinin gizli kəşfiyyat hesabatında virusun təsadüfən laboratoriyadan sızdığı qənaətinə gəldiyi bildirilib. Həmin günün axşam saatlarında bu mövzuda sualları cavablandıran Ağ Evin Milli Təhlükəsizlik üzrə sözçüsü Con Kirbi (John Kirby) ABŞ hökumətinin bu mövzuda dəqiq bir qərarının olmadığını söyləyib.

 



Әlaqәli Xәbәrlәr