“Biz Ukraynanın yaxın bir neçə ildə nələrə ehtiyacları olacağını dəqiq bilirik", C.Bayden

“ABC News”a müsahibəsində C.Bayden Ukrayna prezidenti Volodimir Zelenskinin F-16 qırıcı təyyarəsi tələbi ilə bağlı suala belə cavab verib...

1951622
“Biz Ukraynanın yaxın bir neçə ildə nələrə ehtiyacları olacağını dəqiq bilirik", C.Bayden

 

  ABŞ prezidenti Co Bayden 2022-ci il fevralın 24-dən Rusiyaya qarşı döyüşən Ukraynaya indiki mərhələdə F-16 döyüş təyyarəsi yardımına ehtiyac olmadığını bildirib.

  “ABC News”a müsahibəsində C.Bayden Ukrayna prezidenti Volodimir Zelenskinin F-16 qırıcı təyyarəsi tələbi ilə bağlı suala belə cavab verib: “ABŞ-dakı təcrübəli hərbi rəsmilər Ukraynaya lazım olduğunu düşündükləri yardımları təmin ediblər. Onların hazırda tank, artilleriya və hava hücumundan müdafiə kimi döyüş texnikasına ehtiyacları var. Biz Ukraynanı bu yaz, yay və payızda yaxşı vəziyyətə salmaq üçün təchizat göndəririk. Onların hazırda F-16-ya ehtiyacları yoxdur. Yaxın bir neçə ildə də nəyə ehtiyacları olacağını dəqiq bilirik".

  “Ukrayna müharibəsi üçün Çinin Rusiyaya ölümcül silahlar verməsi” ilə bağlı suala cavab olaraq ABŞ prezidenti bunu gözləmədiklərini, lakin belə bir tədarük olacağı təqdirdə Çinə ağır sanksiyalarla cavab verəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr