Volodimir Zelenski xalqa müraciət edib

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 1 ilinin tamam olması ilə əlaqədar xalqa müraciət edib.

1951092
Volodimir Zelenski xalqa müraciət edib

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 1 ilinin tamam olması ilə əlaqədar xalqa müraciət edib.
"Bu gün düz bir ildir ki, ayaqdayıq və bilirik ki, hələ də mübarizə aparmalıyıq'',-deyə Volodimir Zelenski qeyd edib.
Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü ilə bağlı videomüraciət yayıb.

Düz bir il əvvəl bu gün yerli vaxtla saat 07:00 radələrində yenidən ictimaiyyətə müraciət etdiyini xatırladan Zelenski Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığını və Ukraynanın hər şeyə hazır olduğunu və Rusiyanı məğlub edəcəyini xatırladıb.

Zelenski deyib: “2022-ci ilin 24 fevral tarixi belə başladı. Həyatımızın ən uzun günü. Tariximizin ən ağır günü. Səhər oyandıq və o vaxtdan bəri yatmadıq”. 
Zelenski ağ bayraq qaldırmadıqlarını və Ukrayna bayrağını qorumağa başladıqlarına diqqət çəkib.
“Qorxmadıq, təslim olmadıq. İnancımız və ruhumuz gücləndi. Sabah nə olacağını bilmirdik, amma hər səhər döyüşməli olduğumuzu bilirdik”,-deyə Ukrayna lideri vurğulayıb.

Ukrayna hərbi qüvvələrinə təşəkkür edən Volodimir Zelenski onların sayəsində ölkəsinin hələ də ayaqda olduğunu qeyd edib.
Volodimir Zelenski bir il ərzində Ukraynanın yanında olan tərəfdaşlarına, müttəfiqlərinə və dostlarına təşəkkür edib.

Ukrayna lideri Volodimir Zelenski Rusiyanın müvəqqəti işğal etdiyi bölgələrdəki ukraynalılara müraciət edərək deyib:“Ukrayna sizi tək qoymadı, unutmadı və sizdən vaz keçmədi. Bu və ya digər şəkildə biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik”. 

Ukrayna lideri bildirib ki, onlar hələ də xaricdə yaşamaq məcburiyyətində qalan vətəndaşlarını Ukraynaya qaytarmaq üçün hər şeyi edəcəklər.



Әlaqәli Xәbәrlәr