İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya səfər edib

İspaniyanın baş naziri Pedro Sançes Rusiya-Ukrayna müharibəsinin birinci ilində Ukraynanın paytaxtı Kiyevə səfər edib.

1950461
İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya səfər edib

İlk olaraq İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Polşaya enən Sançes, buradan qatarla Kiyevə keçib. Aprelin 21-dən sonra ikinci dəfə Kiyevə gedən Sançes, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək və Rusiyanın hücumlarından zərər çəkmiş bəzi şəhərlərə baş çəkəcək.

Qeyd edək ki, İspaniyanın müdafiə naziri Marqarita Robles isə martın sonu və ya aprelin əvvəlində Ukraynaya 6 Leopard 2 tipli tank göndərəcəklərini açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr