Türkiye və Suriyada zəlzələlərdən zərərçəkənlərə beynəlxalq yardımlar davam edir

Fevralın 6-da Kahramanmaraşda baş verən və "əsrin fəlakəti" olaraq xarakterizə edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərin qurbanları üçün Rusiyada toplanan yardım materiallarının 200 tona çatdığı bildirilib.

1948495
Türkiye və Suriyada zəlzələlərdən zərərçəkənlərə beynəlxalq yardımlar davam edir

Fevralın 6-da Kahramanmaraşda baş verən və "əsrin fəlakəti" olaraq xarakterizə edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərin qurbanları üçün Rusiyada toplanan yardım materiallarının 200 tona çatdığı bildirilib.

Türkiyenin Moskvadakı səfirliyindən verilən açıqlamada Rusiyada toplanan ümumi yardım materialının 200 tona çatdığı qeyd edilərək, “Yardım edənlərə, yardımın bağlanmasına və hava limanına çatdırılmasına kömək edənlərə və Türk Hava Yolları (THY) komandasına fədakar əməyinə görə təşəkkür edirik” deyilib.

ABŞ dövlət katibi Antoni Blinken zəlzələlərdən sonra təbii fəlakətdən zərərçəkən Türkiye və Suriyaya humanitar yardımın 185 milyon dollara yüksəldildiyini açıqlayıb.

A.Blinken tviter səhifəsindən etdiyi paylaşımda indiyə qədər edilən 85 milyon dollarlıq yardımdan əlavə olaraq daha 100 milyon dollar humanitar yardım ediləcəyini açıqlayıb.

Blinken "ABŞ Türkiye və Suriya xalqının yanında olmağa davam edəcək" ifadəsini işlətdib.

Bosniya və Herseqovinadakı katolik icması Kahramanmaraş mərkəzli zəlzələlərin təsir etdiyi Türkiye və Suriyada təbii fəlakətdən zərərçəkənlər üçün yardım toplayıb.

Katolik icması ölkə daxilində təşkil edilən bazar günü ibadət mərasimində icma üzvlərini Türkiye və Suriyada fəlakət qurbanlarına kömək etməyə çağırarkən, paytaxt Sarayevodakı “İsanın Qəlbi Katedralı”nda yardım qutuları açılıb. 

Katolik icmasının açıqlamasında "Zəlzələdən hər hansı şəkildə zərərçəkənlərə mənəvi dəstəyimizi ifadə etmək istəyirik və zəlzələdə həyatını itirənlərin ruhuna Allahdan rəhmət diləyirik. Türkiye və Suriya xalqı üçün toplanan yardımlarda iştirak edilməsini təmin edirik" deyilib.

Serbiya da Kahramanmaraş mərkəzli zəlzələlərdən zərərçəkənlərə yardım göndərib.

Serbiya hökumətinin hazırladığı yardım bağlamaları Türk Hava Yollarının (THY) yük təyyarəsi ilə Türkiyeyə göndərilib.

29 qış çadırı, 500 ədyal, qazla isidilən 2 böyük qızdırıcı, 50 səyyar tualet, 1 generator, 150 ədəd 5 nəfərlik mətbəx dəsti və 500 plastik vedrədən ibarət yardım bağlamaları Qaziantepə göndərilib.

NATO Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyeyə göndəriləcək 1000-dən çox konteynerdən ilk 600-nü daşıyan gəminin İtaliyadan ayrıldığını açıqlayıb. Yardım zəlzələlərdən zərərçəkmiş ən azı 4000 insanı müvəqqəti sığınacaqla təmin etməyi hədəfləyir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiye və Suriyada zəlzələ qurbanları üçün toplanan yardımı daşıyan təyyarələrin sayının 118-ə çatdığını açıqlayıb.

BƏƏ xəbər agentliyi "WAM" qeyd edib ki, 42-si Türkiyeyə, 76-sı isə Suriyaya ümumilikdə 118 təyyarə ilə 3375 ton ərzaq, tibbi ləvazimat və çadırlar çatdırılıb.

Uqandalı Müsəlman tələbələr Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün 10 min dollar yardım edib.

ABŞ-da yaşayan pakistanlı həkimlər isə zəlzələlərə görə Türkiyeyə 365 min dollardan çox yardım edib.

Qətər zəlzələlərdən zərər çəkmiş bölgələrdə fəsadları aradan qaldırmaq üçün Türkiyeyə daha 3 təyyarə göndərib. Təyyarələrdə 90 səyyar tualet, 25 generator, yataq tulumu və qış çadırları var.



Әlaqәli Xәbәrlәr