Almaniyanın daxili və xarici işlər nazirləri Türkiyeyə səfərə gəlir

Almaniyanın xarici işlər naziri Annalena Berbok və daxili işlər naziri Nensi Fezer zəlzələ fəlakəti ilə əlaqədar Türkiyenin Kahramanmaraş şəhərinə səfər edəcək.

1948841

Almaniya Xarici İşlər Nazirliyinin sözçünün müavini Kristian Vaqner paytaxt Berlində verdiyi açıqlamada Berbok və Fezerin  fevralın 21-də Kahramanmaraşa gələcəklərini və fevralın 6-da baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən zərər çəkmiş bölgələri ziyarət edəcəklərini bildirib.

Vaqner səfərin qısa müddətdə planlaşdırıldığı və proqram hazırlıqlarının davam etdiyi üçün ətraflı açıqlama verə bilməyəcəyini qeyd edib.

Əldə edilən məlumata görə, iki nazir Kahramanmaraşın Pazarcık rayonundakı çadır şəhərciyi ziyarət edəcək və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Almaniyanın zəlzələ bölgələrində zəlzələdən zərərçəkənlərə viza asanlığının təmin ediləcəyi elanından sonra iki nazirin Qaziantepdəki viza ofisini ziyarət edəcəyi də məlum olub.

Әlaqәli Xәbәrlәr