BMT Ukrayna üçün yardım çağırışı edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada bir ilə yaxındır davam edən müharibədən zərərçəkmiş milyonlarla insana cari il 5,6 milyard dollar yardım göstərilməsinə çağırıb.

1946916
BMT Ukrayna üçün yardım çağırışı edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada bir ilə yaxındır davam edən müharibədən zərərçəkmiş milyonlarla insana cari il 5,6 milyard dollar yardım göstərilməsinə çağırıb.

BMT-nin Cenevrə ofisində BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən Ukraynada “Ukrayna regional qaçqın və humanitar müdaxilə planı”nın işə salınması ilə bağlı mətbuat konfransı keçirilib.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və Təcili Yardım koordinatoru Martin Qriffits və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi iclasda məruzəçi qismində iştirak ediblər.

Qriffits iştirakçılara təşəkkür edərək, cari il Ukraynada humanitar yardım planı çərçivəsində 3,9 milyard dollar dəstək istədiklərini bildirib:

"Bu müdaxilə planı 11 milyondan çox insana çatmağı hədəfləyir. Ukraynada ehtiyacı olan təxminən 18 milyon insan var".

Ukraynadakı müharibə nəticəsində 7155 mülki vətəndaşın həyatını itirdiyini qeyd edən Qriffits Ukraynada humanitar vəziyyətin sürətlə pisləşdiyini vurğulayıb.

Qriffits hökumətləri, qeyri-hökumət təşkilatlarını və digər həssas insanları bu kampaniyaya dəstək verməyə çağırarkən, bu vəsaitlərin Ukraynada ehtiyacı olanlara çatdırılacağını bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Qrandi isə bildirib ki, Ukrayna üçün “qaçqınlara müdaxilə planı” çərçivəsində cari il 1,7 milyard dollar dəyərində yardım çağırışı başlayıb.

Ukraynadakı qaçqın böhranı səbəbiylə 6 milyona yaxın insanın ölkə daxilində didərgin düşdüyünü qeyd edən Qrandi bu vəziyyətin dünyanın ən böyük qaçqın böhranlarından biri olaraq qaldığını vurğulayıb.

Qrandi bildirib ki, bu plan ukraynalı qaçqınları qəbul edən 10 ölkə ilə 250-yə yaxın tərəfdaşı əhatə edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Qrandi qeyd edib ki, toplanan vəsait təxminən 4,2 milyon ukraynalı qaçqın və onların qəbul etdikləri ölkələrdəki icmalarına kömək edəcək.



Әlaqәli Xәbәrlәr