Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini açıqladı

Ursula fon der Leyen Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında Ukraynada müharibənin başlamasından bu yana gedən prosesi dəyərləndirərək deyib

1946986
Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini açıqladı

 

  Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni ticarət qadağaları və texnologiya ixracı məhdudiyyətlərini ehtiva edən 11 milyard avroluq 10-cu sanksiya paketini açıqladı.

  Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında Ukraynada müharibənin başlamasından bu yana gedən prosesi dəyərləndirərək deyib: “Gördüyümüz müxtəlif tədbirlər və sanksiyalarla Rusiyanın mübarizə qabiliyyətini zəiflətdik.

  Rusiya iqtisadiyyatı qüvvədə olan 9 sanksiya paketi ilə tənəzzüldədir. Təzyiqi artırmaq üçün yeni sanksiya paketi hazırladıq.

   Rusiyaya yeni ticarət qadağaları və texnologiya ixracına nəzarəti əhatə edən 10-cu sanksiyalar paketinin dəyəri 11 milyard avrodur. Paket pilotsuz uçuş aparatları (PUA), raketlər və vertolyotlar kimi Rusiya silah sistemlərində istifadə edilən elektron komponentlərə də ixrac məhdudiyyətlərini əhatə edir.

  Rusiyanın Ukraynadakı döyüş meydanlarında İran istehsalı olan yüzlərlə PUA-nın aşkar edilib. Pilotsuz təyyarələr Ukrayna vətəndaşlarını öldürür. Bu, qəddarlıqdır.

  İran İnqilab Mühafizəçiləri Ordusuna bağlı təşkilatlar da daxil olmaqla, İranın qurumlarına qarşı da sanksiyalar tətbiqi təklif edirik”.

  Qeyd edək ki, Aİ komissiyasının təklif etdiyi sanksiyalar paketinin qüvvəyə minməsi üçün 27 üzv dövlətin təsdiqi tələb olunur. Komissiya paketin müharibənin ildönümü olan 24 fevrala qədər qüvvəyə minməsini istəyir.



Әlaqәli Xәbәrlәr