Pakistanda çoxmillətli dəniz təlimi keçirilib

ABŞ və Çin də daxil olmaqla 50-dən çox ölkənin hərbi-dəniz bölmələrinin iştirakı ilə Pakistanın Kəraçi şəhərində keçirilən çoxmillətli  dəniz təlimi "AMAN-2023" davam edir.

1945648
Pakistanda çoxmillətli dəniz təlimi keçirilib

ABŞ və Çin də daxil olmaqla 50-dən çox ölkənin hərbi-dəniz bölmələrinin iştirakı ilə Pakistanın Karaçi şəhərində keçirilən çoxmillətli  dəniz təlimi "AMAN-2023" davam edir.

Kontr-admiral Cavid Heydər Havaca bildirib ki, fevralın 10-dan başlayan təlimin bugünkü hissəsində terrorla mübarizə istiqamətində iş aparılıb.

C.Havacav gəmilərin, helikopterlərin, paraşütçülərin və xüsusi təyinatlıların iştirak etdiyi təlimin uğurla tamamlandığını bildirib.

Digər tərəfdən, ötən həftə episentri Türkiyenin Kahramanmaraş şəhəri olan və 10 vilayətə təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən Türkiyə bu il təlimə qatıla bilməyib.

Pakistanlı paraşütçülər zəlzələlərə görə Türkiye ilə həmrəylik nümayiş etdirmək üçün səmada Türkiye bayrağını qaldırıblar.



Әlaqәli Xәbәrlәr