Albaniya Türkiyedə baş verən zəlzələ nəticəsində həyatını itirənlərlə əlaqədar milli matəm elan edib

Albaniya Türkiyenin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələlərlə əlaqədar fevralın 13-də milli matəm  elan edib.

1945078

Bu barədə Albaniyanın Baş naziri Edi Rama rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.
"Albaniya hökuməti fevralın 13-də Türkiye-Suriya sərhədində baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlər ilə əlaqədar milli matəm edilməsinə qərar verib. Biz analoji hadisə zamanı bizimlə olan dostumuz Türkiye ilə həmrəyik'',-deyə Edi Rama paylaşımında vurğulayıb.
Edi Rama həmçinin bazar ertəsi günü dövlət  qurumlarındakı bayraqların yarıyadək endiriləcəyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr