Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasına çağırış edib

Avropa İttifaqı BMT TŞ-ya Suriyaya kömək etmək üçün bütün sərhəd keçidlərindən istifadəyə icazə verilməsi üçün çağırış edib.

1944563
Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasına çağırış edib
suriye deprem.jpg
deprem.jpg

Böhranların idarə edilməsi, mülki müdafiə və humanitar yardımdan məsul Aİ komissarı Janez Lenarçiç BMT Təhlükəsizlik Şurasının zəlzələdən zərər çəkmiş Suriyanın şimal-qərbinə beynəlxalq humanitar yardımın çatdırılması üçün yalnız bir sərhəd-keçid məntəqəsinə icazə verilməsi qərarına reaksiya verib.
Avropa İttifaqının (Aİ) böhrana reaksiya səylərinin böhran koordinatoru olan Janez Lenarcic, episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Qaziantepdə mətbuat konfransı keçirib.

Lenarcic əsrin fəlakətindən sonra Türkiyenin tələbi ilə bir çox Avropa İttifaqına üzv ölkədən qrupların bölgəyə gəlməyə başladığını ifadə edərək, “Avropa İttifaqına üzv dövlətlərdən və Aİ Mülki Müdafiə Mexanizmində iştirak edən dövlətlərdən 38 xilasetmə və tibbi qrupumuz var. Bu, ümumilikdə 1600-dən çox axtarış-xilasetmə və tibb personalı ilə 100-dən çox axtarış-xilasetmə itidir" deyib.
Türkiyeyə kömək üçün hər cür dəstəyi verməyə davam edəcəklərini qeyd edən Lenarçiç fevralın8-də Türkiyedə zəlzələdən zərər çəkənlər üçün 3 milyon avroluq təcili yardım qərarı aldıqlarını xatırladıb.

Lenarçiç Suriyada zəlzələdən zərər çəkən insanların da köməyə ehtiyacı olduğunu və suriyalılara da kömək etmək üçün əllərindən gələni etdiklərini, lakin mövcud şərtlərə görə bunun o qədər də asan olmadığını bildirib.

Suriya səlahiyyətlilərindən yardım tələbləri aldıqlarını qeyd edən Lenarçiç Aİ-yə üzv dövlətləri və digər iştirakçı ölkələri axtarış-xilasetmə ləvazimatları və tibbi avadanlıq kimi yardımlar verməyə təşviq etdiklərini söyləyib.
Digər tərəfdən Lenarçiç əlavə edib ki, Əsəd rejiminə qarşı sanksiyalar bölgəyə humanitar yardımın çatdırılmasını qadağan etməyəcək və əngəl törətməyəcək.



Әlaqәli Xәbәrlәr