Mali hökuməti BMT işçisini persona non qrata elan edib

Mali hökuməti Birləşmiş Millətlər Təşkilatının ölkədəki İnsan Hüquqları Bölməsinin direktoru Guillaume Ngefa Atondoko Andalini persona non qrata elan edib.

1942296
Mali hökuməti BMT işçisini persona non qrata elan edib

TRT xəbər verir ki bu barədə Mali Respublikası Hökumətindən məlumat yayılıb. Bildirilib ki, persona non qrata elan edilən Andaliniyə ölkədən çıxması üçün 48 saat möhlət verilib.

Andalinin persona non qrata elan edilməsinə bir diplomat olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və ölkənin sabitliyinə xələl gətirən hərəkətlər etdiyi səbəb göstərilib.


Etiketlәr: #BMT , #Mali hökuməti

Әlaqәli Xәbәrlәr