Papa Fransisk Cənubi Sudana səfər edib
Katoliklərin ruhani lideri Papa Fransisk sülhü dəstəkləmək üçün Cənubi Sudana səfər edib.
Katoliklərin ruhani lideri Papa Fransisk sülhü dəstəkləmək üçün Cənubi Sudana səfər edib.
Papa Fransisk Cuba hava limanında Cənubi Sudan Prezidenti Salva Kiir Mayardit başda olmaqla dövlət rəsmiləri tərəfindən qarşılanıb.
Papa Fransisk paytaxt Cubada ölkənin diplomatik və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
Papanın dünyanın ən gənc ölkəsi olan, aclıq, qarşıdurma kimi humanitar böhranlarla daim gündəmdə olan Cənubi Sudanda sülhü təşviq edən və ölkədəki humanitar böhranlara diqqət çəkən danışıqlar aparması gözlənilir.
Papa Fransisk səfər çərçivəsində ölkə rəsmiləri, diplomatlar, kilsə rəhbərləri və vətəndaş qrupları ilə yanaşı, illərdir şiddətdən əziyyət çəkən insanlarla görüşlər keçirəcək.
Qeyd edək ki, Papa Fransisk xəstəliyi səbəbindən 2022-ci ilin iyul ayına planlaşdırılan KDC və Cənubi Sudana səfərini təxirə salmışdı.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb