Oleksi Reznikov müttəfiqlərin Ukrayna ordusuna silah yardımı məsələsini qiymətləndirib

Ukraynanın müdafiə naziri Oleksi Reznikov müttəfiqlərin onlara verəcəyi silahlarla Rusiya torpaqlarına hücum etməyəcəklərini bəyan edib.

1941512

Nazir Oleksi Reznikov paytaxt Kiyevdə keçirilən Ukrayna-Avropa İttifaqı Komissiyasının iclasında müttəfiqlərin Ukrayna ordusuna silah yardımı məsələsini qiymətləndirib.

Oleksi Reznikov ''Patriot'', SAMP-T sistemləri ilə yanaşı yeni IRIS-T və NASAMS tədarükünün ən qısa zamanda başa çatdırmaq istədiklərini bildirib.

Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərlə hücum etməyəcəyi barədə zəmanət verməyə hazır olduğunu bildirən Oleksi Reznikov deyib:"Əgər 300 kilometr məsafədən zərbə endirmək imkanı əldə etsək, Rusiya ordusu müdafiəni təşkil edə bilməyəcək və geri çəkilməli olacaq. Ukrayna sizin silahlarınızın Rusiya ərazisinə hücumlarda istifadə olunmayacağına hər cür zəmanət verməyə hazırdır. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə kifayət qədər hədəf var. Hədəf seçimini tərəfdaşlarımızla müəyyən etməyə hazırıq".

Әlaqәli Xәbәrlәr